Dünya

Pilot havada olan təyyarənin sükanını qız dostuna verdi - VİDEO

2 Noyabr 2019 12:07
2 Şərh     Baxış: 1 509
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyada pilot Yakutiyadandan Bataqaya uçan təyyarəni qız dostuna həvalə edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə videonu həmin qız özü sosial şəbəkələrdə paylaşıb.

Videodan görünür ki, bir pilot dostuna təyyarəni necə idarə etməli olduğunu havada olarkən öyrədir.

Məlumata görə, təyyarə "İrAero" aviaşirkətinə məxsusdur. 

Videoda pilotun "təcrübəçi"sinə bu əmrləri necə verdiyi eşidilir: "Geri, indi sağa. İndi sükanı buraxa bilərsiniz. İndi geri çevirin!"

"Təcrübəçi" qız sosial şəbəkələrdə tənqidlərdən sonra videonu silib və hesabını bağlayıb.

Aviaşirkət isə hadisənin onlara məxsus təyyarədə baş verdiyinə şübhə etdiyini açıqlayıb. Bu ərəfədə mühərrikində nasazlıq olan SSJ-100 təyyarəsi Tümendə təcili eniş edib. Araşdırmalar davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.