Dünya

Əkiz qızlarına təcavüz edən atanın ifadəsi dəhşətə gətirir - "Mənim sevmək tərzim belədir" - FOTO

2 Noyabr 2019 10:44
4 Şərh     Baxış: 7 891
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əkiz qızlarına təcavüzdə ittiham olunan şəxsin məhkəmədəki ifadəsi şok effekti yaradıb.

Milli.Az Sputnik Türkiyəyə istinadla xəbər verir ki, İzmir şəhərinin Karşıkaya qəsəbəsində yaşayan kişi əkiz qızlarına qarşı seksual xarakterli hərəkətlər etdiyinə görə saxlanılıb.

15 yaşlı əkiz bacılara təcavüzdə günahlandırılan K.K. adlı kişi 36 il, 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.

Kişi ifadəsində deyilənləri təkzib edib və özünə haqq qazandırmağa çalışıb. Lakin onun ifadəsi hakim daxil olmaqla, məhkəmə zalındakıları dəhşətə gətirib.

"Bu iddiaları qəbul etməyim mümkün deyil. Uşaqlarıma təcavüz etməmişəm. Mənim sevmək tərzim belədir. Qızımın biri qorxduğu üçün qucağımda oturmuşdu. Digərini də qucaqlayanda istəmədən intim yerlərinə toxunmuşam. Niyyətim pis deyildi".

Qeyd edək ki, K.K-nın xanımı onu pedofillikdə ittiham edərək bir müddət əvvəl ondan boşanıb.

İsmayıl
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.