Dünya

Silahlılar Suriyanın hökumət qüvvələrini atəşə tutublar

1 Noyabr 2019 23:55
0 Şərh     Baxış: 1 040
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən sutka ərzində silahlı qruplaşmalar Suriyanın hökumət qüvvələrini atəşə tutublar.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri general-mayor Yuri Borenkov bildirib.

Y. Borenkov qeyd edib ki, qanunsuz silahlı qruplaşmalar Suriyanın Hələb, İdlib, Latakiya və Hama əyalətlərinin yaşayış məntəqələrini 14 dəfə atəşə tutublar.

Onun sözlərinə görə, silahlı qruplaşmalar Latakiya əyalətinin Akko, Tel-Raşa və Zuveykat yaşayış məntəqələrindəki hökumət qüvvələrinin mövqelərini atəşə tutublar.

General-mayor bildirib ki insidentlər nəticəsində xəsarət alan olmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.