Dünya

İsrailin Azərbaycandakı səfirliyi işini bərpa edib - YENİLƏNİB

1 Noyabr 2019 12:56
0 Şərh     Baxış: 1 294
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

12:56

İsrailin Azərbaycandakı səfirliyi işini bərpa edib.

Milli.Az xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfirliyinin məlumatında bildirilib.

Qeyd olunub ki, İsrailin Bakıdakı səfirliyi ölkənin dünyanın digər ölkələrindəki diplomatik nümayəndəlikləri kimi, öz işini davam etdirəcək. 

-------

08:33

Oktyabrın 30-da tətilə başlayan bütün İsrail diplomatik nümayəndəlikləri noyabrın 1-də işlərini bərpa edəcəklər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirlyinin rəsmi nümayəndəsi Nitsar Amer bildirib.

N.Amer deyib: "Diplomatik nümayəndəliklər öz işini noyabrın 1-də bərpa edir".

Qeyd edək ki, 30 və 31 oktyabr tarixlərində İsrailin bütün 103 diplomatik nümayəndəlikləri əmək münaqişəsi səbəbiylə bağlanmışdır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.