Dünya

Sabiq futbolçunun evi soyuldu

30 Oktyabr 2019 18:44
0 Şərh     Baxış: 684
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliya milli komandası və "Yuventus" klubunun sabiq futbolçusu Klaudio Markizionun Turin şəhərindəki evi soyulub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, tapança və tüfənglərlə silahlanmış 4 maskalı şəxs evə daxil olaraq K.Markizio və onun həyat yoldaşından seyfi açmağı tələb ediblər.

Soyğunçular çoxlu sayda zinət əşyaları və saatlar götürərək hadisə yerindən uzaqlaşıblar. İnsident nəticəsində xəsarət alan olmayıb. Hazırda polis kamera görüntülərini araşdırır.

Xatırladaq ki, K.Markizio bu ayın əvvəlində futbolçu karyerasını bitirdiyini açıqlamışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.