Dünya

Ərdoğan: Türkiyə məqsədlərinə öz gücü hesabına nail olmağa qadirdir

30 Oktyabr 2019 08:52
2 Şərh     Baxış: 1 449
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə milli təhlükəsizlik və məsuliyyətinə gəldikdə icazə istəmədən öz imkanları hesabına istədiyi məqsədlərə çata biləcəyini nümayiş etdirdi.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin milli bayramı - Respublika Günü münasibətilə keçirilən tədbirdə deyib.

Türkiyə prezidenti bildirib: "Sülh bulağı" əməliyyatı, xalqımız arasında nifaq salaraq Türkiyəni zəiflətmək cəhdlərinin faydasız olduğunu bir daha nümayiş etdirdi ".

Suriyadakı vəziyyəti şərh edən Ərdoğan qeyd edib: "Son iki həftə ərzində bəlli oldu ki, Türkiyə istisna olmaqla, Suriyaya maraq göstərən hər kəs üçün əsas məqsəd neft sahələrinə nəzarət etməkdir.

Onun sözlərinə görə, Türkiyə Suriyada neft və hakimiyyət deyil, insan həyatlarını və öz qardaşlarını görən yeganə ölkədir.

T.Ərdoğan eyni zamanda Rusiya tərəfinin terror təşkilatlarının təhlükəsizlik zonasından tamamilə çıxması barədə Türkiyəyə məlumat verdiyini bildirib: "ABŞ və Rusiya ilə 120 saat və 150 ​​saatlıq razılaşmalar başa çatdı. Biz sabah danışıqlar aparmalıyıq ".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.