Dünya

İlin sonuna kimi 4 avtomobilin istehsalı dayandırılacaq

28 Oktyabr 2019 11:37
0 Şərh     Baxış: 2 025
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran bu ilin sonuna kimi və gələn ilin əvvəllərində 4 avtomobilin istehsalını dayandıracaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın sənaye, mədən və ticarət naziri Rza Rəhmani deyib.

R.Rəhmaninin sözlərinə görə, benzinlə işləyən "Peugeot 405 GLX" avtomobilin istehsalı ilin sonuna kimi dayandırılacaq.

Nazir əlavə edib ki, "Pride" markalı avtomobilin istehsalı da dayandırılacaq.

2-ci növ "Pride" markalı avtomobilin istehsalı isə gələn il dayandırılacaq.

İranlı nazir bu qərarın keyfiyyətin yüksəldilməsi və vətəndaşların razılığını artırmaq məqsədilə verildiyini deyib.

R.Rəhmani deyib ki, istehsalı dayandırılacaq avtomobillərin yerinə yeni avtomobillər istehsal olunacaq.

Qeyd edək ki, İranın yol polisi bir sıra avtomobillərə dövlət nömrə nişanının verilməsinin dayandırılacağını elan edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.