Dünya

İngiltərə şahzadəsi Çarlz bir ildə ikinci dəfə Hindistana səfər edəcək

28 Oktyabr 2019 09:10
0 Şərh     Baxış: 715
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Britaniya taxt-tacının varisi Şahzadə Çarlz, gələn ay davamlı bazarlar, iqlim dəyişikliyi və sosial maliyyələşdirmə mövzusunda Hindistana rəsmi bir səfər edəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, Çarlz noyabrın 13-də çərşənbə günü ikigünlük ziyarət üçün Nyu-Dehliyə gələcək. Bu Çarlzın Hindistana 10-cu rəsmi səfəri olacaq.

Xarici İşlər Nazirliyinin tələbi ilə hökumətin prioritetləri əsasında edilən səfər barədə daha ətraflı məlumat vaxtında açıqlanacaq, deyə "Clarence House" ofisi əlavə edib.

İngiltərə Avropa Birliyindən çıxdıqdan sonra Hindistanla ticarət sövdələşməsini təmin etmək niyyətindədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.