Dünya

Pilot təyyarənin tualetinə kamera qoydu - Yol boyu qadınları canlı olaraq izləyirmiş - FOTO

26 Oktyabr 2019 11:57
3 Şərh     Baxış: 7 206
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə dəqiqəlik pilot kabinasında olan stüardessa qarşılaşdığı "mənzərə"dən dəhşətə gəlib.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, pilot kabinasına daxil olan stüardessa pilotların təyyarənin ayaqyolusuna qoyduqları kamera vasitəsi ilə görüntüləri izlədiklərini görüb.

Arizona Central-ın məlumatına görə, Renee Steinaker adlı stüardessa məsələ ilə bağlı pilotları məhkəməyə verib. O, bldirib ki, olay 2017-ci ildə "Southwest Airlines"şirkətinə məxsus təyyarə ilə Pitsburqdan Finiks şəhərinə uçan zaman yaşanıb.

İddia ərizəsində qeyd olunan məlumata görə, kapitan Terry Graham stüardessadan pilot kabinasına nəzarət etməyi xahiş edərək ayaqyoluna gedib. Bu əsnada kabinaya göz gəzdirən qadın oturacağa qoyulmuş "iPad" cihazında ayaqyolunun görüntüsünü görüb. Qadın ayaqyolundakı gizli kameradan çəkilən görüntülərin "iPad"a translyasiya olduğunu biləndə özünü itirib. O, "iPad"ın şəklini çəkib, yerə endikdən sonra bu barədə səlahiyyətli orqanlara xəbər verib.

Şirkət isə məsələ barədə açıqlama verərək iddiaların əsassız olduğu bildirilib.

Məhkəmə prosesi davam etdirilir.

Emin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.