Dünya

Yük avtomobilinin qoşqusunda tapılan 39 nəfərin ölüm səbəbi bilindi - FOTO

24 Oktyabr 2019 10:15
2 Şərh     Baxış: 5 858
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün yük avtomobilinin qoşqusundan 39 cəsədin tapılması barədə məlumat vermişdik.

Milli.Az The Sun-a istinadla xəbər verir ki, İngiltərənin Esseks qraflığında qoşqusunda 39 miqrant cəsədi tapılan yük avtomobilinin sürücüsünün kimliyi məlum olub.

Yük avtomobilinin sürücüsü 25 yaşlı Maurice 'Mo'  Robinson-dur. O, Britaniya tarixində ilk dəfə olaraq, bu qədər insan ölümündə təqsirkar bilinir.

Əslən Şimarli İrlandiyadan olan Robinson qoşqunu Belçikada yük avtomobilinə bağlayıb. Deyilənə görə, o, bilmədən qoşqunun soyutma sistemini qoşduğu üçün miqrantlar mənfi 25 dərəcə temperatura dözməyərək, ölüblər.

Qeyd edək ki, sözügedən qoşqu ərzaq daşıması üçün nəzərdə tutulub və ərzaqların xarab olmaması üçün içərisində soyuducu sistem mövcuddur.

Araşdırmalar nəticəsində ölən miqrantların hamısının Çin əsilli olduğu aşkarlanıb.

Milli.Az 25 yaşlı Robinsonun fotolarını təqdim edir:

Emin
Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.