Dünya

Putin: “Rusiya və Türkiyənin Suriya ilə bağlı məsləhətləşmələrinə böyük tələb var”

22 Oktyabr 2019 16:29
0 Şərh     Baxış: 1 369
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Soçi şəhərində Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, prezidentlər ilk olaraq məhdud tərkibdə görüş keçiriblər.

Görüş zamanı Rusiya Prezidenti bildirib ki, Suriyada vəziyyət gərgindir.

"Bunu hamı görür və anlayır. Rusiya və Türkiyənin bu məsələ ilə bağlı məsləhətləşmələrinə böyük tələb var", - deyə o qeyd edib.

Türkiyə Prezidenti isə bu görüşün çox ciddi nəticələri olacağına inandığını vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.