Dünya

Almaniyada fermerlər tətil edir - Berlində mərkəzi küçələr bağlandı

22 Oktyabr 2019 15:49
0 Şərh     Baxış: 933
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyanın paytaxtı Berlində fermerlərin tətili ilə əlaqədar şəhərin mərkəzi küçələri bağlanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, fermerlər şəhərə yüzlərlə traktor və digər kənd təsərrüfatı texnikası cəlb edib.

Qeyd olnur ki, etirazlar hökumətin aqrar siyasətinə qarşı yönəlib. Fermerlər iddia edir ki, bu yay baş vermiş quraqlıqla əlaqədar hökumət kənd təsərrüfatına lazımi qədər yardım göstərməyib.

Hazırda Berlində aksiya ilə əlaqədar yol hərəkətinin nizamlanması üçün 600 polis cəlb olunub.

Tətil Almaniyanın digər şəhərlərində də keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.