Dünya

Müqavimət göstərməkdən başqa çarəmiz yoxdur - Həsən Ruhani

20 Oktyabr 2019 18:10
6 Şərh     Baxış: 1 106
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ədalətsiz sanksiyalara və təzyiqlərə qarşı İranın müqavimət göstərməkdən başqa çarəsi yoxdur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri prezident Həsən Ruhani veteranlarla görüşündə deyib. O bildirib ki, düşmənlər İranda xalq ilə dövlət arasında ziddiyyətlər yaradıb məqsədlərinə nail olmağa çalışırlar. Lakin İranda xalq hər zaman dövləti müdafiə edib. İran xalqı heç vaxt öz maraqlarını düşmənlərə qurban verməyəcək.

Prezident xatırladıb ki, 1980-ci ildə də İrana qarşı müharibə başladı və xalq öz dövlətini və vətənini qoruyaraq düşmənə bir qarış torpaq vermədi. Bu gün də təzyiq və sanksiyalarla heç nəyə nail olmayacaqlar. İran diplomatik cəbhədə ölkənin müdafiəsini təmin edir. Hazırda İranın müqavimət göstərməkdən başqa çarəsi yoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.