Dünya

Pentaqondan Suriya açıqlaması: Vəziyyət sabitləşir

20 Oktyabr 2019 16:01
0 Şərh     Baxış: 796
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pentaqon rəhbəri Mark Esper Türkiyə ilə atəşin müvəqqəti dayandırılmasına dair razılaşmadan sonra Suriyanın şimal-şərqindəki vəziyyətlə bağlı danışıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, Esper bölgədə vəziyyətin sabitləşməsinin müşahidə olunduğunu deyib:

"Bəzi hallada pozulsa belə, atəşkəs rejiminə ümumən riayət olunur".

Pentaqon rəhbəri həmçinin ABŞ-ın mütəmadi olaraq İŞİD döyüşçülərinin saxlandığı həbsxanalara nəzarət edən Suriya Demokratik Qüvvələri ilə əlaqə saxladığını bildirib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.