Dünya

Livanda on minlərlə insan küçələrə çıxıb

19 Oktyabr 2019 19:32
0 Şərh     Baxış: 765
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cümə günü iqtisadiyyatı talan etdiyini deyərək, hökumətin istefası tələbi ilə Livan boyu küçələrə çıxan on minlərlə qəzəbli insan yolları bağlayıb və təkərləri yandırıb.

Livanda illərdən bəri keçirilən ən irimiqyaslı etirazlar ölkənin müxtəlif təriqətlərinə mənsub olan insanları küçələrə çıxarıb.

Biz artıq bu vəziyyətə dözə bilmədiyimiz üçün küçələrə çıxdırıq. Bu, tamamilə korrupsiya rejimidir. Hamısı oğrudur.
Nümayişlər zamanı Baş Nazir Səad Əl-Həriri hökumətini istefasına çağıran plakatlar qaldırılıb və şüarlar səsləndirilib.

Cümə günü günortadan sonra paytaxt Beyrut da daxil olamqla Livanın cənub, şimal və şərqindəki kənd və şəhərlərinin sakinləri kütləvi yürüşlərə çıxıb. Müsəlman və ya xristian olmasından asılı olmayaraq, ölkənin bütün siyasi liderləri tənqidlərə məruz qalıb.

Etirazçılar prezident Mişel Aunun şəhərdən kənardakı iqamətgahına qədər irəliləyib.

Ölkə boyu etirazçılar, Aun, Həriri və parlamentin spikeri Nabih Berrinin istefasını tələb ediblər.

Bundan əvvəl başqa görünməmiş bir hadisə də baş verib - Şiə etirazçılar Livanın nüfuzlu Hizbulla və ölkənin cənubundakı Amal hərəkatından olan deputatların ofislərinə hücum ediblər.

"Biz artıq bu vəziyyətə dözə bilmədiyimiz üçün küçələrə çıxdırıq. Bu, tamamilə korrupsiya rejimidir. Hamısı oğrudur. Onlar hakimiyyətə xalqa xidmət üçün deyil, ciblərini doldurmaq üçün gəlir," deyə nümayişə oğlu ilə birlikdə gələn Fadi İsa bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.