Dünya

12 həftəlik hamilə olduğunu düşündü, qarnından şiş çıxdı

18 Oktyabr 2019 21:25
0 Şərh     Baxış: 1 535
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hamilə qadına 12 həftəlik hamiləlik adı ilə gəlib USM müayinəsindən keçdikdə dəhşətli diaqnoz qoyurlar.

Milli.Az medicina.az-a istinadən bildirir ki, 31 yaşlı Viktoriya qarnının şişdiyini görüb, ikinci dəfə ana olacağını düşünərək, çox sevinir.

12-ci həftədə ilk dəfə planlı müayinəyə gələndə həkimlər onun uşaqlığında uşaq yox, bədxassəli törəmə aşkarlayırlar.

Vikrotiyaya molyar hamiləlik - yəni horionadenoma patologiyası qoyur. 

Bu patologiyada embrion ya inkişafdan qalır, ya da hissəli inkişaf edir. 
Uşaqlığın içini anomal dərəcədə şişmiş toxuma bürüyür və o bədxassəli ola bilər. 

Qadın eşitdiyindən şoka düşür və öləcəyini düşünür.

O deyib ki, ekspress test onda hamiləliyi də təsdiq etmişdi. Qarnı isə sürətlə böyüyürdü, ürəyi də bulanırdı. 

Qadından həmin törəmə əməliyyatla çıxarılır. biopsiya olunur və sonra kimyaterapiya verilir. İndi qadın evindədir, bir qızını böyüdür. 10 il ərzində o ciddi müayinələrdə olmalıdır, çünki xəstəlik qayıda bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.