Dünya

Antonio Quterreş ABŞ və Türkiyənin Suriya ilə bağlı razılaşma müqaviləsini alqışlayır

18 Oktyabr 2019 09:05
1 Şərh     Baxış: 878
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

BMT-nin Baş katibi Antonio Quterreş ABŞ və Türkiyənin Suriyanın şimalındakı "Sülh bulağı" əməliyyatının dayandırılması barədə razılaşmalar çərçivəsində gərginliyi azaltmaq üçün edilən hər cür səyləri alqışladığını söyləyib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, BMT-nın Baş katibinin ofisində edilən açıqlamada bildirilib: "Baş katib ABŞ və Türkiyə arasındakı bugünkü danışıqlardan xəbəri vardır. Baş katib, vəziyyətin pisləşməsi və mülki şəxslərin BMT nizamnaməsinə və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq qorunması üçün edilən hər cür səyləri alqışlayır".

Qeyd olunur ki, baş katib böhranın effektiv həlli üçün hələ uzun bir yolun olduğunu başa düşür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.