Dünya

Venesuelada Su-30 qəzaya uğradı

17 Oktyabr 2019 13:28
1 Şərh     Baxış: 572
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Venesuela Hərbi Hava Qüvvələrinə məxsus Su-30 qırıcısı qəzaya uğrayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, qəza ölkənin mərkəzi hissəsində, Quariko ştatında baş verib. Faktı Bolivar Respublikasının Müdafiə Nazirliyi təsdiqləyib.

Məlumata görə, təyyarədə olan hər iki pilot həlak olub. Təyyarə Manuel Riso adına hərbi bazadan havaya qalxaraq Luis del Valye Qarsi adına hərbi bazaya uçmalı imiş.

Müdafiə Nazirliyinin məlumatında qeyd edilir ki, ölkə Prezidenti Nikolas Maduro qəzanın baş vermə səbəblərinin araşdırılmasını tapşırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.