Dünya

Etirazçılar Barselonada küçələri zibil konteynerləri ilə bağlayırlar

17 Oktyabr 2019 07:45
0 Şərh     Baxış: 658
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Barselonada hüquq-mühafizə orqanları Kataloniya hakimiyyəti yanında Daxili İşlər Departamentinin binasının qarşısına gələn etirazçıları oradan çıxardırlar.

Milli.Az Trend-ə istinadən bildirir ki, şəhərdə fişəng səsləri eşidilir, şəhərin üzərində helikopterlər uçur.

Üzləri bağlı etirazçılar küçələri zibil konteynerləri ilə bağlayırlar. Oradan keçən insanlarla etiraçılar arasında qarşıdurmalar baş verir. Etirazların keçirildiyi zonaya hər tərəfdən giriş bağlıdır.

İlkin məlumata əsasən, etiraz aksiyasında 22 min insan iştirak edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.