Dünya

Sanksiya təhdidləri və qınaq Türkiyəni haqlı mübarizədən imtina etməyə məcbur edə bilməz

17 Oktyabr 2019 07:15
0 Şərh     Baxış: 562
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sanksiya təhdidləri və qınaq Türkiyəni haqlı mübarizədən imtina etməyə məcbur edə bilməz.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bir sıra ölkənin Türkiyə Silahlı Qüvvələrinin Suriyada həyata keçirdiyi "Sülh bulağı" əməliyyatını dayandırmağa çağırışlarını şərh edərkən deyib.

İ.Kalın bildirib: "Sülh bulağı" əməliyyatı onun məqsədləri məqsədlərinə nail olmayana qədər əvvəlki tempdə davam edəcək".

Mətbuat katibi qeyd edib ki, "Sülh bulağı" əməliyyatı "bir dəfəyə bir neçə oyunu pozdu".

Onun sözlərinə görə, "Sülh bulağı" əməliyyatının məqsədlərindən birinin Suriyada demoqrafik vəziyyətin dəyişdirilməsi olması barədə iddialar həqiqətə uyğun deyil: "Bunu YPG/PYD terrorçuları edir".

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri oktyabrın 9-da Suriyanın şimalında "Sülh bulağı" adı altında hərbi əməliyyatlara başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.