Dünya

Polisi döyən deputat 792 manat cərimələndi, vəzifəsindən də azad olundu

16 Oktyabr 2019 16:22
0 Şərh     Baxış: 2 196
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Yakutiya əyalətində deputat polis əməkdaşını bellə döydüyünə görə vəzifəsindən kənarlaşdırılıb.

Milli.Az avtosfer.az-a istinadla xəbər verir ki, hadisə bu ilin iyun ayında "Isıax" milli bayramı zamanı baş verib.

Bu barədə "TASS" məlumat yayıb.

Məlumata görə, hüquq-mühafizə orqanı əməkdaşı bayram zamanı, sərxoş vəziyyətdə olan deputatın həyat yoldaşı ilə mübahisə edərək onu itələdiyini görüb və ondan bu hərəkətini dayandırmasını tələb edib. Bundan sonra deputat qaçaraq gizlənməyə çalışıb. Ancaq asayiş keşikçisinin arxasınca gəldiyini görən sərxoş deputat, beli götürərək polisə bir neçə dəfə zərbə endirib.

Bildirilir ki, məhkəmə deputatı günahkar sayaraq 30 min rubl (792 AZN) həcmində cərimə təyin edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.