Dünya

“İndi tam “yahşi” oldu” - Ərdoğan Bakı səfərindən sonra

16 Oktyabr 2019 11:33
2 Şərh     Baxış: 6 864

14-15 oktyabrda Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VII sammitində iştirak etdikdən sonra Türkiyəyə qayıdan Prezident Rəcəb Tayyib Ərdoğan təyyarədə jurnalistlərin suallarını cavablandırıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Ərdoğan zirvə görüşünün 10-cu  ildönümünün ən önəmli hadisələrindən  biri kimi Özbəkistanın TDƏŞ-ə tam üzv olmağını göstərib.

"Hazırda üzv sayı 5 oldu. Ona görə də mən də "iki dövlət, bir millət" ifadəsinə yenisini əlavə etmişəm. İndi "beş dövlət, bir millət" olduq. Əgər Türkmənistan da qatılarsa, o zaman "altı dövlət, bir millət" olacağıq. İndi tam "yahşi" oldu", - Ərdoğan vurğulayıb.

Qeyd edək ki, KİV nümayəndələri arasında Türkiyədə yaşayıb-fəaliyyət göstərən tanınmış jurnalist Sevil Nuriyeva da olub.

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Jale · 16 Oktyabr 14:0281

    Əfəndim Ərdoğan sizə böyük hörmət və sevgimiz var.

    Cavab yaz
  • Anonim
    Oxucu · 17 Oktyabr 11:3200

    Kabinetə bax da təyyarənin içində.....

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.