Dünya

Tramp Suriyaya görə Ərdoğana zəng etdi

15 Oktyabr 2019 11:31
0 Şərh     Baxış: 2 223
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Prezidenti Donald Trampla türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında növbəti telefon danışığı olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "The Hill" nəşri vitse-prezident Mayk Pensə istinadən məlumat yayıb.

ABŞ tərəfinin təşəbbüsü ilə baş tutan söhbət zamanı Tramp rəsmi Ankaradan çox sayda kürdün yaşadığı Kobani şəhərinə hücum etməyəcəyinə dair "möhkəm bir öhdəlik" alıb.

Vitse-prezident Türkiyəyə qarşı yeni elan edilmiş sanksiyaların təcili atəşkəs elan edilənə qədər, hücuma son qoyulanadək və Suriya ilə sərhəd boyunca uzun müddətli bir həll mövzusunda razılaşmaya qədər qüvvədə qalacağını və ya daha da pisləşəcəyini bəyan edib.

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi Türkiyənin 9 oktyabrda Suriyanın şimalında başladığı "Sülh Çeşməsi hərəkatı"na görə bu ölkənin Milli Müdafiə və Energetika nazirliklərinə, eləcə də Müdafiə naziri Hulusi Akar, Daxili İşlər naziri Süleyman Soylu və energetika naziri Fateh Dönməzə qarşı sanksiya tətbiq edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.