Dünya

3-6 aylıq körpələri oğurlayıb təcavüz edir, sonra öldürürmüş - Stalinin yaxın silahdaşının oğlunun dəhşətli cinayətləri

14 Oktyabr 2019 14:41
6 Şərh     Baxış: 3 459
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

1977-ci ilin payızında məşhur sovet generalının oğlu bütün Moskvanı dəhşətə gətirdi. Həmin ilin oktyabrında yalnız Sovet İttifaqının deyil, o cümlədən bütün dünyanın tarixindəki ən iyrənc insanlardan biri - pedofil seksual manyak tutulub.

1 ay boyunca, Anatoli Biryukov 5  körpəni qaçırıb onlara təcavüz edərək, öldürmüşdü.

Bu iş o qədər dəhşətli idi ki, Sovet Mərkəzi Komitəsinin Baş katibi Leonid Brejnev işin gedişatını şəxsən izləyirdi.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, cinayətkar tutulanda çoxları buna inanmaqda çətinlik çəkirdi. Çünki manyak dəli residivist psixopat deyil, məşhur generalın və Sovet İttifaqı Qəhrəmanının oğlu idi.

Bir qatilin tarixçəsi...

İlk dəfə Anatoli Biryukov 1971-ci ildə hüquq-mühafizə orqanlarının nəzərinə tuş gəlib. Manyak uşaq xəstəxanasının yaxınlığında dayanan arabanı oğurlamağa çalışərkən yaxalanıb. Xoşbəxtlikdən uşağın anası bunu vaxtında görür, qışqır bağır salır. Lakin Anatoli  polisi aldada bilr. O, sadəcə ananı uşağı nəzarətsiz qoyduğuna üçün dərs vermək istədiyini bildirir. Lakin o, zarafatının o qədər də uğurlu olmadığını etiraf edərək, inzibati cəza ilə canını qurtara bilir. 

Lakin bir neçə aydan sonra kişi yenidən arabanı oğurlamaq istəyərkən saxlanlır.  Bu dəfə o, canını yüngül cəza ilə qurtarmağı bacarır. Bundan sonra Biryukov bir neçə il sakitləşir  və heç bir cinayət törətmir.

1977-ci il 16 sentyabrda Moskva vilayətinin Şukino bölgəsindəki binaların birinin blokunda körpə cəsədi tapılır. Bu 3 aylıq körpə əvvəl təcavüzə uğrayıb, sonra bıçaqlanaraq  öldürülmüşdü. 

Tutulduqdan  sonra Biryukov müstəntiqlərə qətlinin qorxduğu üçün törətdiyini deyir. Girişdə uşağa təcavüz etdikdən sonra, kiminsə gəldiyini görən manyak izi itirmək üçün körpəni qətlə yetirir. 

Birinci qətldən sonra Biryukov öz üzərindəki nəzarəti tamamilə itirir. Üç gündən sonra, sentyabrın 19-da, "Detskiy Mir" mağazasının yaxınlığında qalan 3 aylıq bir qız uşağını oğurlayır. Bu dəfə uşaq oğrusunu görən bir neçə nəfər tapılır. Lakin onların verdiyi təsvirdən onu tapmaq qeyri-mümkün olur.  Ən əsası, heç kim cinayətkarın əsas əlamətlərini - uşaqlıqda aldığı sol yanağında böyük bir çapığı görmür. 

Bundan sonra polis Brejnevin nəzarəti altında daha gücləndirilmiş rejimə keçir. Hər küçə, hər dalan qarış-qarış axtarılır. .
Lakin 1 həftə sonra yenə 3 aylıq qız uşağı qaçırılır. Tezliklə onun cəsədi çöldəki ərazilərin birində aşkar edilir. Körpənin ölüm səbəbi kimi cinsi təcavüz göstərilir.

Hadisədən bir neçə gün sonra, oxşar vəziyyətdə başqa bir uşaq meyiti aşkar edildi. Oktyabrın əvvəlində, poliqonlardan birində, 19 sentyabrda qaçırılan bir qızın meyiti tapıldı, o da cinsi təcavüzə məruz qalmışdı.

Bu cinayət hətta təcrübəli kriminal müstəntiqlərini belə heyrətə gətirirdi. Onlar dəfələrlə öz praktikalarında bu cür manyakla rastlaşmadıqlarını bildirirdilər.  Biryukov 3-6 aylıq körpələri, (həm oğlan, həm də qız uşaqlarını) qaçıraraq təcavüz edirdi. 

Bir aydan sonra nəhayət, manyak onu tapmağa imkan verən bir səhv etdi.

Cinayətkar şəhərətrafı bölgələrdə ov etməyə qərar verir. 21 oktyabrda Çexovda bir mağazanın yaxınlığında bir uşaq arabasından uşağı qaçırmaq istəyəndə ifşa edilir. O, körpəni qucağına alanda anası mağazadan çıxır və dərhal köməyə çağırır. 

Uzun bir təqibdən sonra o, körpəni qoyub, təqibçilərdən uzaqlaşmağa müvəffəq olur. Lakin bu dəfə şahidlər onun bütün əlamətlərini görür. 

Cinayətkarın dəqiq fotorobotu ilə onun tikinti idarələrindən birində, çilingər Anatoli Biryukov olduğu təyin olunur. Nəhayət ki, o, ələ keçirilir.

Həmkarları onu sakit, təvazökar və ailə adamı kimi xarakterizə edirlər. Onun belə pedofil seksual manyak olduğuna inanmaqda çətinlik çəkirlər.

Üstəlik, ən ağır cinayətlərdə şübhəli bilinən şəxsin məşhur general, Sovet İttifaqı milli qəhrəmanının oğlu olduğu ortaya çıxır.  Onun atası Stalin dövrünün məşhur hərbi lideri general-leytenant Nikolay Biryukov idi. 

Müstəntiqlər bu cür ailədən çıxan bir övladın necə belə manyak olduğunu heç cür anlaya bilmirdilər.  Manyak özü tezliklə bu barədə açıqlama verir. Dediyinə görə, həyatında evliliyi pozulana qədər hər şey yaxşı olub. Lakin uşaqlarının doğulmasından sonra həyat yoldaşı onu özündən tamamilə uzaqlaşdırır.  Problemli seks həyatı səbəbindən Biryukov tarixin ən qəddar seksual manyakına çevrilir.

Biryukov körpələrin sakit olub, ona müqavimət göstərəcək güc də olmadığı üçün seçdiyini bildirir. Həm də onlar onun əleyhinə ifadə də verə bilməyəcəkdilər.

O, məhkəmədə özünü qurban kimi təsəvvür etməyə çalışırdı. Ancaq bu, mənasız idi. Biryukovun cinayətləri ona qarşı hər hansı bir güzəşt etmək üçün çox dəhşətli idi.

Manyak məhkəmə tərəfindən günahkar sayılaraq, ölüm hökmünə məhkum edilib.

1979-cu ilin fevral ayında dünya tarixinin ən iyrənc manyaklarından biri güllələnərək qətlə yetirilib.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.