Dünya

BMT-nin baş katibi "Hagibis" qasırğasının qurbanlarının ailələrinə başsağlığı verib

14 Oktyabr 2019 10:59
0 Şərh     Baxış: 489
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

BMT-nin baş katibi Antoniu Quterreş Yaponiyada "Hagibis" qasırğasının qurbanlarının ailələrinə başsağlığı verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə baş katibin saytında yerləşdirilmiş məlumatda deyilir.

Məlumatda bildirilir: "Baş katibi Yaponiyada "Hagibis" qasırğası nəticəsində irimiqyaslı dağıntılar və tələfat barədə məlumatlar dərindən sarsıdıb. O, ölənlərin ailələrinə, Yaponiya hökumətinə və xalqına dərin hüznlə başsağlığı verir. O, zərərçəkənlərin tezliklə sağalmasını arzulayır".

Xatırladaq ki, "Hagibis" qasırğası Yaponiya ərazisinə sentyabrın 12-si daxil olub. Qasırğa nəticəsində 39 nəfər həlak olub, 189 nəfər isə xəsarət alıb. Bundan əlavə, 17 nəfər itkin düşmüş sayılır.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.