Dünya

"Hagibis" qurbanlarının sayı artıb

14 Oktyabr 2019 09:24
0 Şərh     Baxış: 1 366
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyada "Hagibis" qasırğası nəticəsində baş verən daşqınlar və torpaq sürüşmələrinin qurbanlarının sayı 39 nəfər çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, təbii fəlakət nəticəsində 189 nəfər xəsarət alıb, 17 nəfər isə itkin düşmüş sayılır. Bildirilir ki, həlak olanların sayı arta bilər.

Məlumata əsasən, ölkədə təxminən 136 min evə suyun verilməsində, 4,3 min evə isə elektrik enerjisinin verilməsində problemlər müşahidə olunur.

Xatırladaq ki, "Hagibis" qasırğası Yaponiya ərazisinə sentyabrın 12-si daxil olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.