Dünya

Kanadanın təyyarəsi ABŞ-da qəzaya uğrayıb

14 Oktyabr 2019 08:33
0 Şərh     Baxış: 712
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kanadanın Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsi "CT-144 Tutor" ABŞ-ın cənub-şərqində Bruks şəhəri (Corciya ştatı) yaxınlığında qəzaya uğrayıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Mülki Aviasiyanın Federal İdarəsindən bildiriblər.

Məlumatda deyilir: "Kanadanın Kral Hərbi Hava Qüvvələrinə məxsus "CT-144 Tutor" təlim təyyarəsi bu gün təxminən 13:30-da Corciya ştatının Bruks şəhəri yaxınlığında qəzaya uğrayıb".

Bildirilir ki, təyyarənin pilotu uğurlu katapult edib.

Kanada HHQ-nin "Twitter" səhifəsində qeyd edilir ki, təyyarə Atlanta şəhərində keçiriləcək aviaşoudan öncə qəzaya uğrayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.