Dünya

Tramp ABŞ qoşunları və Suriya-Türkiyə sərhədinin qorunması haqda: "Biz evə qayıtmalıyıq"

13 Oktyabr 2019 16:03
2 Şərh     Baxış: 1 138
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ qoşunları Suriyada Türkiyə-Suriya sərhədinin təhlükəsizliyini təmin etmək üçün qalmamalıdır, onlar getməlidir.

Milli.Az bildirir ki, virtualaz.org Reuters-ə istinadən bildirir ki, bunu ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda mühafizəkar siyasətçilərin konfranslarına çıxış edərkən deyib.

"İndi Türkiyə ilə sərhəd boyu 30 kilometr enində sərhəd zonası var. Kürdlər gedirlər və bu yaxşıdır, qoy onların öz sərhədləri olsun. Amma mən düşünmürəm ki, bizim əsgərlərimiz Türkiyə və Suriya arasında sərhədi qorumaq üçün orada daha 50 il qalmalıdır. Biz öz sərhədimizin təhlükəsizliyini təmin edə bilmirik", - deyə Tramp ABŞ-ın cənub sərhədlərində qeyri-leqal miqrantlara qarşı mübarizədə yaranmış böhranı nəzərdə tutaraq bildirib.

ABŞ rəhbəri bəyan edib ki, Birləşmiş Ştatlar İŞİD-ə qalib gəlib: "Biz İŞİD-ə qalib gəldik, öz işimizi gördük, biz evə qayıtmalıyıq".

Xatırladaq ki, bundan əvvəl Tramp Amerika qoşunlarının Yaxın Şərqə göndərilməsini ABŞ hakimiyyətinin ölkə tarixindəki ən pis qərarı adlandırmışdı. Ağ Ev rəhbəri Yaxın Şərqdəki müxtəlif qruplar arasında döyüşlərin "yüz illər" davam etdiyini və ABŞ-ın müdaxilə etməyə dəyməz olduğunu qeyd etmişdi. Amerika lideri, "bu axmaq sonsuz müharibələrin" artıq ölkə üçün sona çatdığını açıqlamışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.