Dünya

Eks-qubernator 20 milyardı mənimsəməkdə günahlandırıldı - Rusiyadan qaçdı

12 Oktyabr 2019 18:24
0 Şərh     Baxış: 871
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

20 milyard rubl mənimsəməkdə şübhəli bilinən Çelyabinsk vilayətinin keçmiş qubernatoru Boris Dubrovski barəsində başlanan istintaqdan gizlənib, "TASS" agentliyi iş materialları ilə tanış olan mənbəyə istinadən məlumat verib.

Milli.Az Virtualaz.org-a istinadən bildirir ki, agentliyin həmsöhbətinin sözlərinə görə, o, hazırda İsveçrədədir. Rusiyanı tam olaraq nə vaxt tərk etdiyi barədə məlumat verilmir.

Bundan əvvəl, keçmiş qubernatorun vəkili İqor Trunov Dubrovskiyə qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə etmə iddiasının irəli sürüldüyünü söyləyib. Büdcə vəsaitlərinin mənimsənilməsi halında ziyan 20 milyard rubldan çoxdur. İstintaq hesab edir ki, vəzifəli şəxs 2016-cı ildən 2018-ci ilə qədər cinayət əməlləri törədib.

Qeyd edilir ki, Dubrovski 2014-cü ildə Çelyabinsk bölgəsinə rəhbərlik edib. O, 2019-cu ilin mart ayında Rusiya prezidenti Vladimir Putinə istefa məktubu göndərib. Qubernatorun sözlərinə görə, bu, onun şəxsi qərarı olub.

2016-cı ildə Dubrovski beynəlxalq jurnalistlər qrupu tərəfindən ofşor məmurlar barədə "Panama sənədləri" adlandırılan apardığı araşdırmada müttəhimlərdən biri olub. Onların sözlərinə görə, o, qubernator kimi dəfələrlə öz şirkətlərinin veksellərini ofşor şirkət vasitəsi ilə alıb. Bundan sonra da Baş Prokurorluq siyasətçinin iş fəaliyyətində yoxlamalara başlayıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.