Dünya

Ekspert: "Ermənistan genetik səviyyədə qəddarlığı və nifrət ideologiyasını təbliğ edir"

11 Oktyabr 2019 20:41
0 Şərh     Baxış: 1 481
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xroniki böyük dövlət şovinizmi diaqnozundan əziyyət çəkən Ermənistan genetik səviyyədə qəddarlığı və nifrət ideologiyasını təbliğ edir, ona görə də təəccüblü deyil ki, Ermənistanda nasizmin qəhrəmanlaşdırılmasını dəstəkləməkdə davam edir.

Milli.Az bildirir ki, bunu Trend-ə rusiyalı ekspert Dmitri Verxoturov deyib.

Onun sözlərinə görə, erməni nasist Qaregin Njdeyə Yerevanda heykəl qoyulması bunun bariz nümunəsidir:

"Qaregin Njdenin qəhrəmanlaşdırılması Qarabağda erməni başkəsənin birbaşa iştirak etdiyi etnik təmizləmələri dəstəkləməkdən başqa bir şey deyil. Ona görə də təəccüblü deyil ki, Yerevanda faşizm ideologiyasını dəstəkləyirlər. Qareginə heykəl qoymaqla erməni ictimaiyyəti onu milli mövcudluq ideologiyasının banisi kimi qələmə verməyə çalışır".

D.Verxoturov qeyd edib ki, Ermənistanın indiki acınacaqlı vəziyyəti ölkənin çıxılmaz siyasi kursunun nəticəsidir:

"Məsələ heç onda deyil ki, iqtisadi vəziyyət pisləşir və Qarabağ məsələsi həll olunmayıb. əslində bu onu göstərir ki, Ermənistan dekorativ respublikadır, dekorativ baş naziri var və o, ölkəni siyasi və iqtisadi böhrandan çıxarmaq iqtidarında deyil".

Ekspert xatırladıb ki, BMT Baş Assambleyasının qətnaməsinə əsasən BMT-ə üzv dövlətlər hərbi cinayətlərdə iştirak etmiş, İkinci Dünya müharibəsində nasistlərlə əməkdaşlıq etmiş şəxslərə heykəllərin, xatirə lövhələrinin qoyulmasının qarşısını almalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.