Dünya

Yaponiyada mindən çox aviareys ləğv olundu

11 Oktyabr 2019 15:11
0 Şərh     Baxış: 818
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyada "Haqibis" qasırğasına görə mindən çox aviareys ləğv edilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  xüsusilə bir çox reyslər Asiyanın ən böyük hava yollarından biri olan "Japan Airlines" tərəfindən ləğv olunub. Ən çox ləğv edilmiş reyslər 12 oktyabra aiddir.

Yapon dəmir yolu şirkətləri də şənbə günü həm Tokioda, həm də regional istiqamətlərdə qatarları dayandırmaq niyyətindədirlər.

"Haqibis" tayfununun şənbə günü Yaponiyanın şərq sahilinə çatacağı gözlənilir. Meteoroloqlar selin mümkün olması barədə xəbərdarlıq ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.