Dünya

Türkiyə Suriyada terrorçuları əzir - Hansı ölkələrin bulağının gözü tutuldu? - FOTO

11 Oktyabr 2019 12:36
1 Şərh     Baxış: 4 054
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Suriyada "Sülh bulağı" (Barış pınarı) əməliyyatı həyata keçirir.

"Sülh bulağı" əməliyyatı nəticəsində bu günə qədər zərərsizləşdirilən terrorçuların sayı 277-yə çatıb. 4 türk əsgəri şəhid olub, 3 nəfər yaralanıb. Bu barədə məlumatı Türkiyənin Müdafiə Nazirliyi yayıb. Məlumata görə, 1 gecə ərzində 49 terrorçu öldürülüb.

Türkiyə şəhid verdi

Türkiyənin şəhid verməsi ölkəni yasa boğub. Bir sıra tanınmışlar əyləncə tipli verilişlərə çıxmaqdan imtina edib, o cümlədən məşhur müğənni Sıla konsertini təxirə salıb.

Şəhid olan əsgər Ahmet Topçunun subay olduğu aşkarlanıb. Bir qardaşı olan şəhidin atası özəl şirkətlərin birində mühafizəçi işləyir. O, ailəsi ilə birlikdə Ankara şəhərində yaşayıb.

Müdafiə Nazirliyi ötən gün şəhidin ailəsinə başsağlığı verib.

"Qəhrəman şəhidimizə öz və nazirliyin əməkdaşları adından Allahdan rəhmət diləyib, ailəsinə başsağlığı verirəm. Sizi torpaqda yox, qəlbimizdə basdırdıq", - Müdafiə Naziri Hulusi Akar çıxışı zamanı söyləyib.

Əməliyyatlar davam edir

Suriyanın şimalındakı 11 kənddən PKK-lı terrorçular çıxarılıb. Hava hücumu nəticəsində terrorçuların sığınacaqları məhv edilib, onların zirehli avtomobilləri ələ keçirilib.

Əyn İssa şəhərində terrorçuların qərargahı darmadağın edilib. 

Tel Əbyad və Rəs ül Ayn şəhərinin ətraflarında 23 kənd və qəsəbə terroçulardan azad edilib.

Əməliyyatlar zamanı mülki əhalinin zərər görməməsi üçün mühüm tədbirlər görülüb, ərazidə məktəblərdə tətil elan edilib, mülki insanların sərhəd zonasına yaxınlaşmasına qadağa qoyulub.

Türk ordusu əsgərlərinin mülki əhaliyə qarşı həssaslığını görən bəzi terrorçular onlar kimi geyinərək, ölümdən canlarını xilas ediblər. Silahlı qüvvələrin məlumatına görə, onlarla terrorçu silahlarını qoyub, qaçıblar.

Terrorçuların Rəs ül Ayn kəndindən atdığı raketin Türkiyənin Cumhuriyyət mahalına düşməsi nəticəsində 14 yaşlı İbrahim Kurt yaralanıb. İlk yardım göstərilən yeniyetmə dərhal Viranşehir dövlət xəstəxanasına çatdırılıb.

Türkiyə ordusunun hədəfi

Mülkilərin zərər görməməsi nəzərə alınaraq xüsusi ehtiyatla həyata keçirilən əməliyyatın hədəfi 480 kilometr boyunca ərazini terrorçulardan azad edərək, sərhədi təhlükəsiz hala gətirməkdir. Türkiyənin məqsədi YPG terrorçularını təmizlədiyi əraziyə 2 milyona yaxın suriyalını yerləşdirməkdir. 

Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın şəxsi Tvitter hesabında tvit paylaşaraq bildirib ki, əməliyyatın iki əsas məqsədi var. Sərhədin təhlükəsizliyini təmin etmək və yurdlarından didərgin düşən suriyalıları yerlərinə qaytarmaq.

Hansı ölkələr Türkiyəni dəstəkləyir?

Türkiyənin Suriyadakı əməliyyatlarını "gözü götürməyən" bəzi Avropa ölkələri hərəkətə keçib. Finlandiya və Norveç Türkiyəyə silah satışını dayandırdığını elan edib.

Rusiya isə Türkiyənin Suriyada keçirdiyi əməliyyatlara narazılığını bildirib. Kremlin açıqlamasına görə, başqa ölkələrin qoşunları Suriyadan çıxmalıdır.

Türkiyə ordusunun Suriyada olmasından narahat olan ölkələrdən biri də İrandır.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələrinə məxsus F16 hərbi təyyarələri çərşənbə günü Türkiyənin cənub sərhəddində yaradılmağa çalışan terrorçu dəhlizini məhv etmək məqsədi ilə əməliyyata başlayıb. Əməliyyatın başladığını Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şəxsi Tvitter hesabında status yazaraq elan edib. Türkiyə orudusuna aid qırıcılarla  Aluk, Mustel, Esadiye, Fender və Huşan kəndlərindəki terrorçu "yuva"ları bombalanıb.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Azad Suriya Ordusu ilə birlikdə ötən ilin yanvar ayının 20-də başlatdığı "Zeytun budağı" əməliyyatı ilə Suriyanın Afrin bölgəsini terrorçulardan azad edib. Ərazidə 3500-dən çox terrorçu öldürülüb.

Bəxtiyar Umarlı
Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.