Dünya

Paşinyan xalqı belə aldadır - Avtomobilinin qiyməti fantastikdir

10 Oktyabr 2019 12:39
10 Şərh     Baxış: 2 591
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanın Baş naziri Nikol Paşinyan yeni zirehli avtomobilinin qiyməti 290 min dollardan artıqdır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə ermənişünas alim İsmayıl Tanrıverdi erməni mənbələrinə istinadən yazıb.

"Öz başında kasıblığın öhdəsindən gəldiyini düşünən Baş nazir Nikol Paşinyan son zamanlar dövlətin hesabına özünün və ailə üzvlərinin lüks həyatına daha çox üstünlük verir", - İ.Tanrıverdi bildirib.

Onun sözlərinə görə, Paşinyan bu yaxınlarda ABŞ-a səfəri zamanı super bahalı təyyarə kirayələyib.

İ.Tanrıverdi qeyd edib ki, həmin təyyarədən yalnız bir tərəfli uçuş üçün istifadə Ermənistanın dövlət büdcəsinə 330 min dollara başa gəlib.

"İndi məlum olur ki, Paşinyan üçün Serj Sarkisyandan miras qalmış zirehli "Mersedes S 600 W 221" markalı xidməti maşın artıq köhnəlmiş hesab olunur. Buna görə də o, artıq yeni 2019-cu il istehsalı olan "Mersedes S 600 W 222" modeli olan yeni avtomobil əldə edib.

Bu maşının fərqi ondadır ki, bütövlükdə zirehlidir, bir sıra manevr üstünlükləri var və qiyməti 290 min dollardan da bahadır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.