Dünya

ABŞ KXDR ilə bağlı qərarını verdi

8 Oktyabr 2019 09:19
0 Şərh     Baxış: 864
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Dövlət Departamenti KXDR-in yaxın həftələrdə denuklearizasiya dialoqunun davam etdirilməsi barədə qərar verməsinə ümid edir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Vaşinqtonun danışıqları bərpa etməyə hazır olduğu bildirilir.

ABŞ-ın tərksilah konfransındakı daimi nümayəndəsi Robert Vud qeyd edib ki, ABŞ danışıqları davam etdirmək üçün Stokholma qayıtmağa hazırdı.

Qeyd edək ki, KXDR-in xüsusi tapşırıqlar üzrə səfiri Kim Myon Qilin rəhbərlik etdiyi nümayəndə heyəti və ABŞ-ın KXDR üzrə xüsusi nümayəndəsi Stiven Biqanın rəhbərlik etdiyi nümayəndə heyəti Stokholmda rəsmi işgüzar görüşlər keçirib.

Ancaq danışıqların bitməsini gözləmədən, Şimali Koreyalı diplomatlar işçi görüş yerini tərk ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.