Dünya

Çavuşoğlu: Türkiyənin Suriyanın şimal-şərqindəki əməliyyatı müvəqqəti tədbirdir

8 Oktyabr 2019 08:28
0 Şərh     Baxış: 729
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Suriyanın şimal-şərqindəki fəaliyyəti müvəqqəti bir tədbirdir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə telefon danışığı zamanı deyib.

Məlumata əsasən, telefon danışığı zamanı M.Çavuşoğlu Türkiyənin Suriyanın ərazi bütövlüyünə hörmət etdiyini vurğulayaraq, Türkiyənin bu bölgədəki (şimal-şərqdə) addımının müvəqqəti olduğunu söyləyib.

Öz növbəsində İran Xarici İşlər Nazirliyinin başçısı Tehranın hərbi əməliyyatlara qarşı olduğunu vurğulayıb və Suriyanın ərazi bütövlüyünə əməl etməyi və orada sabit və etibarlı mühitin qurulmasını vacib hesab edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.