Dünya

Hindistan-Pakistan müharibəsinin şok nəticələri

6 Oktyabr 2019 11:09
2 Şərh     Baxış: 1 384
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın elm adamları Pakistan və Hindistan arasında 2025-ci ildə baş verə biləcək nüvə müharibəsinin nəticələrini dəyərləndirib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Arş Texnika" adlı saytda məlumat yayılıb.

Elm adamları nüvə müharibəsinin 2025-ci ildə baş verə biləcəyini proqnozlaşdırıblar, tərəflərin hər birində 400-500 nüvə silahı olduğunu ehtimal edirlər.

Araşdırmaya əsasən, Hindistan 100 strateji raketlə Pakistana hücum edəcək, qarşı tərəf də 150 raketlə buna cavab verəcək. Bu vəziyyətdə cəmi bir həftə ərzində 50-125 milyon arası insan həlak olacaq.

Tədqiqatın nəticələrinə görə, nüvə müharibəsi əhəmiyyətli dərəcədə iqlim dəyişikliyinə səbəb olacaq. Nüvə partlayışlarının ardından karbon tərkibli aerozollar, xüsusən də 10 milyon ton sabun meydana gələcək. Troposferin yuxarı qatlarına yüksələcək bu kütlə qlobal soyuma ilə nəticələnən günəş şüalarını udmağa başlayacaq.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.