Dünya

İran da istirahət gününü ağır qəza ilə açdı: ölən və yaralanan var

6 Oktyabr 2019 10:24
0 Şərh     Baxış: 800
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın Qəzvin-Zəncan magistral yolunda zəncirvari qəza baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın Qəzvin vilayətinin təcili yardım və fövqəladə hallar üzrə mərkəzinin direktoru Peyman Namdar deyib.

P.Namdarın sözlərinə görə, 2 ədəd "Samand" markalı avtomobil və bir ədəd avtobus yol kənarında dayanmış yük maşını ilə toqquşublar.

Namdar əlavə edib ki, hadisə nəticəsində 1 ədəd "Samand" markalı avtomobilin 3 sərnişini həlak olub.

Mərkəz direktoru qəza nəticəsində 38 nəfərin yaralandığını deyib.

Yaralılar xəstəxanaya çatdırılıblar.

Polis yük maşınının hadisəyə səbəb olduğunu bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.