Dünya

İran rusiyalı jurnalisti sərbəst buraxmaqdan imtina edir

5 Oktyabr 2019 22:39
0 Şərh     Baxış: 1 455
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın Xarici İşlər Nazirliyi Tehranda saxlanılan rusiyalı jurnalist Yuliya Yuzikin tezliklə sərbəst buraxılacağına dair məlumatı təsdiqləməyib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın İrandakı səfirliyinin mətbuat attaşesi Andrey Qanenko məlumat verib.

Agentliyin həmsöhbəti bildirib ki, diplomatlar nazirlikdən rusiyalı jurnalistlə görüşmək üçün icazə və məsələ ilə bağlı müvafiq izahat istəyiblər.  

Oktyabrın 4-də "RİA Novosti" İranın Xarici İşlər Nazirliyinə istinadən Yuzikin tezliklə sərbəst buraxılacağına dair xəbər yaymışdı. Jurnalistin bəzi izahatlar verməsi məqsədilə saxlanıdığı bildirimişdi.

Qeyd edək ki, Y. Yuzikin ölkəyə girişi zamanı pasportu əlindən alınıb. O, İsrail xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.