Dünya

İranda saxlanılan rusiyalı jurnalist tezliklə buraxılacaq

5 Oktyabr 2019 16:26
0 Şərh     Baxış: 1 046
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tehranda saxlanılan rusiyalı jurnalist Yuliya Yuzik tezliklə azad olunacaq.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi deyib. Musəvinin sözlərinə görə, jurnalist bəzi izahatlar vermək məqsədilə saxlanılıb.

Rusiyanın Tehrandakı səfirliyinin mətbuat-attaşesi Andrey Qanenko isə bildirib ki, İran hökuməti diplomatik missiyanı Yuzikin buraxılacağı ilə bağlı məlumatlandırmayıb. İranın Moskvadakı səfiri Mehdi Sənani də jurnalistin sərbəst buraxılacağını təsdiqləyib.

Qeyd edək ki, Yuzik Tehrana səfəri zamanı sərhədçilər tərəfindən pasportu alınıb. Daha sonra isə jurnalist oteldə saxlanılıb. Yuzik İsrail xüsusi xidmət orqanlarına casusluq etməkdə ittiham olunurdu.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.