Dünya

Təyyarədə ayaqyolu növbələrinə qəribə çarə - Kamera

4 Oktyabr 2019 21:54
0 Şərh     Baxış: 1 361
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Airbus" aviatikinti şirkəti təyyarələrin tualetləri qarşısında yaranan növbələrə qarşı yeni mübarizə üsulu tapıb.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, şirkət ayaqyoluların yanında videonəzarət kameraları quraşdırmağı təklif edib.

Kameralardan görüntülər ekipaj üzvlərinə ötürüləcək və əgər ayaqyoluların qarşısında növbələr artarsa, o zaman stüardessalar adamları başqa ayaqyolulara yönləndirəcəklər.

Bundan başqa, bu üsul stüardessalara hansısa sərnişinin ayaqoluda lazım olduğundan çox vaxt keçirdiyi barədə məlumat almağa imkan yaradacaq.

"Airbus"ın marketinq üzrə vitse-prezidenti İnqo Vuggettserin sözlərinə görə, məlumat kameraların yaddaşında uzun müddət qalmayacaq. Bununla əlaqədar olaraq, yenilik sərnişinlərin məxfiliyinə heç bir xələl gətirməyəcək, sadəcə, onların ayaqyoluya daha tez girə bilmələrinə şərait yaradacaq.

2018-ci ilin iyununda təyyarələr üçün avadanlıq istehsal edən "Zodiac Aerospace" şirkəti problemin həlli üçün başqa variant təklif etmişdi: bu, "Durinal" adlı ikiqat pissuar idi. Konsepsiyaya görə, iki pissuar bir kabinədə elə yerləşdirilməli idi ki, iki kişi eyni zamanda ayaqyoluna girə bilsin. Dizaynerlərin fikrincə, bu, gözləmə vaxtını xeyli qısaldacaqdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.