Dünya

Böyük Britaniya İrana 1 milyard funt sterlinqdən çox cərimə ödəyib

6 Oktyabr 2019 02:30
0 Şərh     Baxış: 1 368
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniya hökuməti üçüncü ölkələr vasitəsilə İranın "Millət" bankına 1 milyard 250 min funt sterlinq cərimə ödəyib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 2009-cu ildə Böyük Britaniyanın Maliyyə Nazirliyi İranın "Millət" bankına qarşı "nüvə silahı hazırlanmasına yardım etdiyinə görə" sanksiya tətbiq etmişdi. Həmin dövrdə "Millət" bankı Böyük Britaniyanın Ali Məhkəməsinə şikayət təqdim etmişdi. Məhkəmə araşdırması fasilələrlə 10 il davam edib. Nəhayət Britaniya hökuməti şikayətin geri götürülməsi müqabilində banka 1 milyard 250 min funt sterlinq cərimə ödəməyi təklif edib. Bank bu təklifi qəbul edərək şikayəti geri götürüb.

Bu gün "Millət" bankı açıqlama yayaraq bildirib ki, Böyük Britaniya hökumətinin ödədiyi cərimə bankın hesabına köçüb.

Xatırladaq ki, İranın "Millət" bankının aktivlərinin 17 faizi dövlətə məxsusdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.