Dünya

Hindistan HHQ səhvən öz helikopterini vurdu

4 Oktyabr 2019 15:09
0 Şərh     Baxış: 916
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Hindistan Hərbi Hava Qüvvələri (HHQ) bu ilin fevral ayında yanlış olaraq öz helikopterini vurub".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu ölkənin Hərbi Hava Qüvvələrinin qərargah rəisi Rakeş Kumar Sinqh etiraf edib.

Onun sözlərinə görə, insidentlə əlaqədar iki hərbçi məsuliyyətə cəlb olunacaq. Qeyd olunub ki, hadisə ilə bağlı uzun müddət təhqiqat aparılıb.

Bu il fevralında Cammu və Kəşmir ştatında Hindistana məxsus helikopterin qəzaya uğraması nəticəsində 7 nəfər həlak olmuşdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.