Dünya

İraqda etirazlar: 16 ölü, 650 yaralı

3 Oktyabr 2019 15:11
0 Şərh     Baxış: 878
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İraqın paytaxtı Bağdadda davam edən etiraz aksiyaları zamanı azı 16 nəfər həlak olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, aksiyanı dağıtmaq üçün polis etirazçılara atəş açıb.

Etiraz aksiyaları Bağdad və ətraf şəhərlərdə bir neçə gündür ki, davam edir.

Etirazlar zamanı daha 650 nəfər xəsarət alıb. Aksiyalar digər şəhərlərdə də qeydə alınıb.

Bağdadda komendant saatı elan olunub.

Şəhərdə "Facebook", "WhatsApp", "Twitter" və digər sosial şəbəkələrə giriş bağlanıb.

Etirazçılar sosial problemlərin həllini tələb edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.