Dünya

“Ölkəmin axmaqların əlində qalmağını xoşlamıram”

3 Oktyabr 2019 14:44
0 Şərh     Baxış: 823
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Prezidenti  Donald Tramp ukraynalı həmkarı Vladimir Zelenski ilə iyul danışığının korrupsiya məsələsinə həsr olunduğunu açıqlayıb.

Milli.Az qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, o, bu barədə Finlandiya prezidenti ilə ortaq mətbuat konfransında bildirib.

"Mən korrupsiyanın hökm sürdüyü ölkəyə pul verə bilməzdim. Ölkəmin axmaqların əlində qalmağını xoşlamıram", - Tramp vurğulayıb. 

Xatırladaq ki, Trampla Zelenskinin telefon danışığı ətrafında yaranmış qalmaqal ABŞ Prezidentinin digər ölkənin liderinə müraciət edərək ondan öz siyasi rəqibi Co Bayden və onun oğlu Hanterlə bağlı dəlil tapmağı istəməsi olub. Demokratlar partiyasının konqresmenləri Ağ Evin başçısı barədə impiçment niyyəti ilə istintaq başladıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.