Dünya

ABŞ-da bombardmançı təyyarəsi qəzaya uğradı: 7 nəfər öldü

3 Oktyabr 2019 09:35
0 Şərh     Baxış: 1 001
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-da İkinci Dünya Müharibəsi zamanı istehsal olunmuş B-17 bombardmançı təyyarəsinin qəzaya uğraması nəticəsində yeddi nəfər ölüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "WTIC-TV" telekanalı bildirib.

Qeyd edək ki, öncə iki nəfərin həlak olması barədə məlumat verilmişdi.

Bildirilir ki, hadisə nəticəsində yeddi nəfər xəsarət alıb.

Xatırladaq ki, İkinci Dünya Müharibəsi zamanı istehsal olunmuş B-17 bombardmançı təyyarəsi okyabrın 2-si Konnektikut ştatının Bredley beynəlxalq hava limanında qəzaya uğrayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.