Dünya

Həkimlərin səhv diaqnozu səbəbindən 9 yaşlı qız ölümcül hala düşdü

2 Oktyabr 2019 13:17
1 Şərh     Baxış: 2 258
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Kolorado ştatında həkimlər doqquz yaşlı xəstə qıza toksik şok diqnozu qoyaraq qoz-fındıq allergiyası ilə səhv salıblar.

Milli.Az oxu.az- a istinadən xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Avqust ayında Qabriella Bondi valideynlərinə dərisinin həddindən artıq quruması barədə şikayət edib və onu həkimə aparıblar. Həkimlər bunun qoz-fındığa qarşı yüngülvari allergik reaksiya olduğunu söyləyib. Ancaq bir neçə gündən sonra qızın saçları tökülməyə başlayıb və bədəni ağrılı qırmızı səpkilərlə örtülüb.

Uşağın 35 yaşlı anası Kristin Bondi-Serrato (Christine Bondi-Cerrato) qızı təcili yardıma aparıb. Orada ona həyati təhlükəli diaqnoz - toksik şok sindromu diaqnozu qoyulub.

Belə təhlükəli toksinlər buraxan və daxili orqanlara təsir edən bakteriyaların qan dövranına keçməsi nəticəsində həyat şərtləri üçün təhlükəli hal meydana gəlir. Xəstəliyin əsas əlamətlərindən biri səpkilərdir.

Qız antibiotik müalicəsi alıb və demək olar ki, sağalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.