Dünya

Britaniyada minlərlə ev təxliyə olundu - VİDEO

2 Oktyabr 2019 12:27
0 Şərh     Baxış: 1 260
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniyada sakinlər kütləvi şəkildə evlərindən təxliyə edilir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "RİA Novosti" yerli hakim dairələrə istinadən xəbər verib.

Yağan aramsız yağışlar və daşqın səbəbindən ölkənin bir neçə bölgəsində fövqəladə vəziyyət elan olunub. Buna görə minlərlə ev təxliyə edilib.

Men adasındakı Laksi kəndi tamamilə dünyadan təcrid olunmuş vəziyyətə düşüb. İnsident nəticəsində yaşayış evlərinin çoxu ciddi zərər çəkib.  

Norfolkun qərb hissəsində 3 minə yaxın insanın təxliyə olunduğu bildirilir.

Hazırda xilasedicilər sahilyanı rayonlarda təxliyyə işlərini davam etdirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.