Dünya

Qaşıqçının oğlu elə sözlər dedi ki... - Şok

1 Oktyabr 2019 17:27
2 Şərh     Baxış: 1 926
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən il Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda öldürülən jurnalist Camal Qaşıqçının oğlu Salah Qaşıqçı atasının cinayət işi ilə bağlı heyrətamiz açıqlama verib.

Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, Salah Qaşıqçı Səudiyyə Ərəbistanı məhkəməsinin ədaləti təmin edəcəyinə inandığını bildirib.

O, sosial mediadakı paylaşımında Səudiyyə rəhbərliyinə yönəlik müsbət fikirlər söyləyib: "Sevimli atamızı itirməyimizdən bir il ötdü. Daha əvvəl dediyim kimi Səudiyyə Ərəbistanı məhkəməsinin bu qorxunc cinayəti törədənləri cəzalandıracağına inanım sonsuzdur. Mən də atam kimi Vətənə və dövlətin rəhbərlərinə sadiq qalacağam".

Qeyd edək ki, səudiyyəli jurnalist Camal Qaşıqçı 2018-ci ilin oktyabrın 2-də evlilik sənədlərini düzəltmək üçün getdiyi Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda öldürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.