Dünya

Ruhani İrəvanda - Paşinyanla görüşdü - VİDEO

1 Oktyabr 2019 14:05
10 Şərh     Baxış: 1 920
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanın Baş naziri Nikol Paşinyan bu səhər İrəvanda səfərdə olan İran Prezidenti Həsən Ruhani ilə nümayəndə heyətlərinin iştirakı ilə görüş keçirib.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, İran prezidenti və Ermənsitan baş naziri əvvəlcə rəsmi foto çəkdiriblər.

Görüşlə bağlı özünün "Feysbuk" səhifəsində məlumat yerləşdirən N.Paşinyan yazıb:

"İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə mühüm danışıqlarımız oldu".

Qeyd edək ki, H.Ruhanini geniş nümayəndə heyəti müşayiət edir. Heyətə bir sıra nazirlər, o cümlədən xarici işlər naziri Cavad Zərif daxildir.

H.Ruhani İrəvana burada keçirilən Ali Avrasiya İqtisadi Şurasının (AAİŞ) iclasında iştirak etmək üçün gəlib. İran prezidenti və Sinqapurun baş naziri sammitin fəxri qonaqlarıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.