Dünya

Paşinyanın sərsəmliyi ölkədə bu hadisələrə səbəb olacaq - Politnaviqator

30 Sentyabr 2019 17:39
1 Şərh     Baxış: 1 390
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Paşinyanın sərsəmliyi ölkədə yeni etiraz dalğasına səbəb olacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "Politnaviqator" informasiya agentliyinin bu başlıq altında dərc etdiyi məqalədə Ermənistan baş nazirinin son vaxtlar verdiyi məntiqsiz qərarlardan və qəribə təyinatlarından söhbət açılır. Məqalədə qeyd olunur ki, sentyabrın sonlarında iki güc strukturunun rəhbərinin - Milli Təhlükəsizlik Xidmətinin (MTX) rəisi Artur Vanetsyanın və Ermənistan polisinin rəisi Valeri Osipyanın istefaya göndərilməsi Paşinyanın qəribə qərarlarından biridir. Çünki cəmi bir neçə ay əvvəl elə Paşinyan özü onlara general rütbəsi vermişdi. İstefadan sonra MTX-nin rəisi Paşinyanın ona təklif etdiyi Futbol Federasiyasının rəhbəri vəzifəsindən imtina edərək, baş naziri ağılsız qərar verməkdə təqsirləndirib. Paşinyan da öz növbəsində, ABŞ-a səfəri zamanı çıxışında keçmiş rəisin ona qarşı çıxmasını "poqonları zibil yeşiyinə atmaq" kimi qiymətləndirib.

Agentlik yazır ki, Paşinyanın ətrafından sızan məlumata görə, MTX-nin rəisi vəzifəsinə hazırkı ədliyyə naziri 27 yaşlı Rustam Badasyanın təyin olunacağı gözlənilir. Gənc olmağı bir tərəfə qalsın, Badasyan, ümumiyyətlə, hərbi sahədən uzaq insandır, güc strukturlarında bir gün də çalışmayıb. Gələcək rəisin Soros Fondunun Ermənistan nümayəndəliyinin rəhbəri Larisa Minasyanın namizədi olduğu da ekspertlərin gözündən qaçmayıb.

Məqalə müəllifi Ermənistan baş nazirinin qəribə qərarlarından biri kimi öz meydan silahdaşı Armen Qriqoryanı Təhlükəsizlik Şurasının rəhbəri təyin etməsini misal gətirir. Qriqoryanın Ermənistan ilə Qarabağ arasında yol çəkmək barədə sərsəm bəyanatı bu qərarın, yumşaq desək, qəribəliyinə sübutdur. Paşinyan hökumətinin daxilində bu yaramaz qərarlarla bağlı baş verən münaqişələrdən yazan müəllif vurğulayır ki, küçədən yığılmış meydan hökumətində belə hallar əvvəlcədən gözlənilən idi və inqilabdan ötən təxminən bir ilin sonunda Paşinyan komandası martın axırlarında əriməyə başlayan qar yığınını xatırladır.

Hələ bu yaxınlaradək Paşinyana ümidlər bəsləyən politoloqlar və müşahidəçilər indi onun Ermənistanın ən xırda problemlərini belə həll etməyə qadir olmadığını bildirirlər. Vovayeviçin Amerikaya bu yaxınlarda baş tutmuş və ölkəyə heç bir fayda gətirməyən səfəri də Ermənistanda tənqid olunub və bildirilib ki, baş nazirin BMT tribunasına çıxıb saqqalını yelləməsinə 300 min dollar xərclənib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.